Ödəmə və Çatdırılma


Salonumuzda sifariş zamanı müştəri ilə şirkət arasında müqavilə imzalanır. Həmin müqavilədə müştərinin əldə etdiyi (sifariş verdiyi) məhsul bütün detalların ən xırda incəliklərinə qədər qeyd olunur. Bundan əlavə müqavilədə bütün digər lazımı bəndlər və şərtlər də mövcuddur. Müqaviləni tam oxuyub razılaşdıqdan sonra Müştəri və Şirkət tərəfindən imzalanır və müştəri 50% məbləğində ilkin ödənişi kassaya köçürür. Bundan sonra məhsul təhvil verilməmişdən bir gün öncə və ya təhvil verilən gün sifarişçi məbləğin qalan hissəsinin ödənişini həyata keçirir. Məhsullar təyin edilmiş vaxta müştəriyə çatdırılır (əvvəlcədən əlaqə saxlanılması şərtilə). Məhsulların Bakı şəhəri daxilində çatdırılması və quraşdırılması qiymətə daxildir və buna görə əlavə ödəniş edilmir. Digər Azərbaycanın şəhər və rayonlarından sifrariş zamanı isə çatdırılma üçün sərf olunan məbləğ sifarişçi tərəfindən əlavə olaraq ödənilir.

2017 Superdoors.az - Bütün hüquqlar qorunur
Sayt Hazırlanması GOWEB CREATIVE AGENCY